Nizami Gəncəvinin Xəmsə silsiləsindən olan bu poema — yalnız bir aşq hekayəsi deyil. O, yeddi planet, yeddi rəng, yeddi hikmət üzərindən qurulmuş fəlsəfi bir universitetdir.
Yeddi Günbəz, Yeddi Sirr
Şair bu əsəri XII əsrin sonunda, təxminən 1197-ci ildə yazıb. Poemanın süjeti Sasani hökmdarı Bəhram Gur haqqında qədim rəvayətlərə əsaslanır. Gəncəvi bu tarixi obrazı bədii şəkildə işləyərək onu fəlsəfi və simvolik bir hekayəyə çevirib.
Günbəzlər təsadüfi seçilməyib— Nizami hər günbəzi qədim Şərq astronomiyasındakı yeddi planetlə əlaqələndirib
Gözəllərin adı yoxdur
Poemada gözəllərin adı yoxdur — onlar mənsub olduqları ölkələrə görə tanınırlar. Bu üsul Nizaminin onları fərdi obrazdan daha çox simvolik fiqur kimi təqdim etməsi ilə əlaqəlidir.
Qara günbəzdən başlayıb ağ günbəzə qədər davam edən bu ardıcıllıq insanın daxili dəyişimini simvolizə edən yol kimi şərh olunur.
Bəzi mənbələrə görə Yeddi Gözəl Eldənizlər hökmdarı Əlaəddin Qızıl Arslana ithaf edilib. Bu baxımdan əsər təkcə hekayə deyil, həm də saraya yönəlmiş düşüncə modeli kimi oxunur.
Sevgi haqqında, amma hər biri fərqli bir hikmət
Yeddi gözəlin danışdığı hekayələrin hamısı sevgi haqqında olsa da, hər biri fərqli mövzunu izah edir: ehtiras, səbir, ədalət, hikmət, etibar. Poemanın ideyası Bəhramın bu hekayələr vasitəsilə dəyişməsidir.
Yeddi gözəl əsrlər boyu miniatür sənətində ən çox təsvir olunan mövzulardan biri olub.— Khamsa of Nizami (British Library), Topkapi Palace, Walters Art Museum